FHN xəbərdarlıq və toplanış məşqi keçirib

post-img

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Göygöl rayonunda ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə məşq keçirib.

Məşqə müvafiq idarə və təşkilatlarda yaradılmış ərazi mülki müdafiə qüvvələri, rayon kommunal xidmətlər, ərazi xi­lasetmə və kəşfiyyat dəstələri­nin şəxsi heyət və texnikaları cəlb olunub.

Məşqin keçirilməsində əsas məqsəd fövqəladə hal­lardan mühafizə və mülki müdafiə sahəsində normativ sənədlərin tələblərinə əməl olunması, rabitə və xəbərdar­lıq sisteminin vəziyyəti, fövqəladə hadisələr təhlükəsi yaranan və ya baş verən zaman mülki müdafiə qüv­vələrinin xəbərdarlığı və toplanışı üzrə hazırlığının qiymətləndirilməsi olub.

Məşq zamanı Fövqəladə Hallar Na­zirliyi Gəncə Regional Mərkəzinin rəi­si polkovnik-leytenant Kənan Aşurov, Göygöl Rayon İcra Hakimiyyətinin baş­çısı Elvin Paşayev və rayonun aidiyyə­ti rəhbər şəxsləri tərəfindən qüvvələrə baxış keçirilib.

Təlim uğurla reallaşdırılıb və qarşı­ya qoyulan məqsədlərə nail olunub.

Q.QASIMOV, “Xalq qəzeti”

Son xəbərlər