İran mətbuatında Prezident İlham Əliyevin müsahibəsi ilə bağlı məqalələr yayımlanıb

post-img

Azərbaycan Prezidenti İlham Əliyevin Salyan şəhərinə səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə İranın kütləvi informasiya vasitələrinin diqqətində olub.

İranın “Jadidpress”, “İRNA”, “Mash­reghnews”, “Entekhab”, “Noandish”, “Parstoday” saytları dövlətimizin başçısı­nın müsahibəsində səsləndirdiyi fikirlərin əsas məqamlarına toxunub. Materiallarda qeyd olunub ki, Prezident İlham Əliyev Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan edib və burada yaşayan ermənilə­rin Azərbaycan vətəndaşları olduğunu deyib.

Yazılarda Prezident İlham Əliyevin “Qarabağ bizim daxili işimizdir. Qara­bağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdır­lar” ifadəsi xüsusilə diqqətə çatdırılıb.

Son xəbərlər