Azərbaycanlı alim Rusiyada yüksək elmi ada layiq görüldü

post-img

Azərbaycanlı tarixçi, nəzəriyyəçi-kulturoloq, professor Fuad Məmmədov Rusiya Təbiət Elmləri Akademiyasının akademiki elmi adına layiq görülüb. 

Bunu hazırda Sankt-Peterburqda təşkil olunan “Təhsil XXI əsrdə” beynəlxalq forumunda iştirak edən Fuad Məmmədov da təsdiqləyib. 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının professoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, “Simurq” beynəlxalq kulturoloji jurnalın (dünya mədəniyyəti və sivilizasiyasının tarix və nəzəriyyə məsələləri) təsisçisi və baş redaktoru olan Fuad Məmmədov 6 beynəlxalq akademiyanın akademikidir.  

Anar TURAN,
“Xalq qəzeti”

Son xəbərlər