Paşinyan: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam olaraq tanıyır

post-img

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır və biz Ermənistan SSR-in bütün ərazisini Ermənistan kimi tanımaqla Azərbaycanın da eyni addımı atmasını gözləyirik. Bunu baş nazir Nikol Paşinyan parlamentdə 2022-ci il üçün hökumət proqramının icrası ilə bağlı hesabatla çıxış edərkən deyib.

“Ermənistan və Azərbaycan arasında sülh sazişi o zaman realdır ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü birmənalı şəkildə, qeyri-müəyyənlik və hiylə olmadan tanısın və bu gün və əbədi olaraq bir-birinə ərazi iddiası irəli sürməyəcəyinə söz versin”, - deyə Paşinyan bildirib. 

O, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevlə Praqa və Soçi görüşlərində razılaşdığını bildirib.

“...Bir daha təsdiq etmək istəyirəm ki, Ermənistan ərazi bütövlüyünü tam şəkildə tanıyır və Ermənistan ərazisini Ermənistan SSR-in ərazisi kimi tanıyaraq Azərbaycanın da eyni addımı atmasını gözləyir”, - o deyib.

S.ELAY,

"Xalq qəzeti"

Son xəbərlər