Beynəlxalq İdman Mətbuatı Assosiasiyası İrəvanda Azərbaycan bayrağına qarşı təxribatı kəskin pisləyib

post-img

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) bugünlərdə İrəvanda   Azərbaycan bayrağına qarşı törədilmiş təxribatla bağlı yaydığı kəskin bəyanatı Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AIPS) qitə seksiyaları ilə birlikdə rəsmi saytlarının manşetinə çıxararaq dünyaya yayıb. Eyni zamanda, bu sənəd 167 ölkənin milli idman jurnalistləri təşkilatına və 20 minə yaxın AIPS üzvünün elektron ünvanına göndərib.

    Bu barədə AİJA-dan qəzetimizə bildiriblər ki, beynəlxalq idman ictimaiyyətinə ünvanlanmış bəyanatda İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı bayrağımıza qarşı törədilmiş barbarlıq aktı kəskin ittiham olunub. Avropa İdman Mətbuatı İttifaqı (AIPS Europe) isə AİJA-nın bəyanatına sosial şəbəkələrdəki rəsmi səhifələrində geniş yer verməklə özü də bu hadisəni pisləyən bəyanatla çıxış edib. 

Xatırladaq ki, Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AIPS) dünyanın ən qocaman və nüfuzlu jurnalist təşkilatı kimi tanınır. AIPS 4 qitənin 167 ölkəsinin milli idman jurnalistləri təşkilatını öz ətrafında birləşdirir. Gələn il qurum yaradıldığı Paris şəhərində 100 illiyini təntənə ilə qeyd edəcək. 

“Xalq qəzeti”

Son xəbərlər