Media və QHT nümayəndələri Ulu Öndərin həyat yolunu əks etdirən şəkillərlə tanış olublar

post-img

Baş Prokurorluq tərəfindən Sabirabad şəhərində "Korrupsiya ilə mübarizədə Heydər Əliyev irsi" regional konfransı çərçivəsində iştirakçılar Ulu Öndərin keçdiyi həyat yolunu əks etdirən şəkillərlə tanış olublar.

Bu barədə "Xalq qəzeti"nin Sabirabad şəhərinə ezam olunmuş əməkdaşı məlumat verib.

Sabirabad Heydər Əliyev Mərkəzi fondunun baş mühafizi Səlmi Mehtiyeva media və qeyri-hökumət təşkilatlarının nümayəndələrinə ətraflı məlumat verib.

S. Mehtiyeva bildirib ki, Heydər Əliyev prezidentliyi dövründə Sabirabada 15 dəfə səfər edib. Səfərləri çərçivəsində sakinlərin problemlərini dinləyib, müvafiq qurumlara tapşırıqlar verib. 

Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"









Son xəbərlər