Şərur rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans keçirilib

post-img

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq aprelin 17-də Şərur rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konfransda Şərur, Kəngərli və Sədərək rayon prokurorluqlarının əməkdaşları, hüquq-mühafizə və digər dövlət hakimiyyəti orqanlarının nümayəndələri iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, unudulmaz xatirəsini ehtiramla yad ediblər.

Tədbir başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi konfrans iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Şərur rayon prokuroru Xalid Ağayevin Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərinə dair “Heydər Əliyev - müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı” mövzusunda çıxışı dinlənilib.

Konfransda Kəngərli rayon prokuroru Talıb Məmmədov “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir”, Sədərək rayon prokuroru Vahid Mustafayev “Azərbaycan gəncliyində Ulu Öndər Heydər Əliyevin rolu” və Yeni Azərbaycan Partiyası Şərur rayon təşkilatının sədri Əmir Babayev “Ulu Öndər Heydər Əliyev müasir gənclər siyasətinin banisidir” mövzularında çıxış edib.

Tədbir iştirakçıları Azərbaycan Respublikasının Baş Prokurorluğunun təşəbbüsü ilə hazırlanmış “Heydər Əliyev salnaməsi – Qanun naminə” adlı filmə baxıb.

Son xəbərlər