Rumıniya portalı Prezident İlham Əliyevin Bosniya və Herseqovinaya səfəri barədə məqalə yayıb

post-img

Rumıniyanın nüfuzlu “News24hours” nəşri Prezident İlham Əliyevin Bosniya və Herseqovinaya rəsmi səfəri barədə məqalə yayıb.

AZƏRTAC xəbər verir ki, məqalədə Prezident İlham Əliyevin Sarayevoda keçirdiyi görüşlər və “Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanması barədə geniş məlumat verilir.

Yazıda, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviçin mətbuata bəyanatlarında səsləndirdikləri fikirlərə geniş yer verilir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Siyasət