Ermənistan Avropa Ağır Atletika Federasiyasından çıxarılmalıdır-DEPUTAT

post-img

Bu sözləri Milli Məclisin deputatı, Azərbaycan Alpaqut Federasiyasının prezidenti Jalə Əhmədova bildirib.

Deputatın sözlərinə görə, şounun baş rolunu ifa edən Aram Nikolyan Beynəlxalq Dizaynerlər Assosiasiyasının üzvüdür. Belə bir adamın mədəniyyət adına olan qurumda təmsil olunması həmin təşkilat üçün rüsvayçılıqdır. 

Ümumiyyətlə, Ermənistanda bayrağımızın yandırılması orada Azərbaycana qarşı dövlət səviyyəsində aparılan nifrətdən xəbər verir. Bunun qarşısını almaq olardımı? Əlbəttə ki, olardı. Deməli, erməni güc strukturlarının da bu işdə barmağı var. Bu ölkədə hələ də 44 günlük müharibənin sarsıdıcı zərbələrindən nəticə çıxarmayan revanşist, irqçi, terrorçu təfəkkürlü şəxslər kifayət qədərdir. 

J. Əhmədova əlavə edib ki, bayraq yandırmaq, özü də qitəmiqyaslı idman tədbirində, acizliyin son həddidir. Bu hərəkət bir əsrdən çox Ermənistanda yürüdülən anti-türk, anti-Azərbaycan siyasətin nəticəsidir. Belə bir vandallıq aktından sonra Ermənistanda hər hansı beynəlxalq tədbirin və yarışın keçirilməsi də düzgün olmaz. Erməni millətçilərinin bu hərəkətinin Ermənistana nə qədər zərər vurduğunu tezliklə zaman göstərəcək. 

Anar Əli,
“Xalq qəzeti”

Son xəbərlər