"İdmançılarımız mediaya çıxışı olmayan oteldə saxlanılırlar"

post-img

Gənclər və idman naziri Fərid Qayıbov Ermənistanda keçiriləcək ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması və idmançılarımızın ölkəmizə qayıdacağı qərarı ilə bağlı paylaşım edib.

Nazır yazıb ki, Ermənistanın paytaxtı İrəvanda 2023-cü ildə keçiriləcək ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı vəhşilik baş verib, Azərbaycan bayrağı yandırılıb. Bu, heç bir halda qəbuledilməzdir və Ermənistanın belə tədbirlərə ev sahibliyi etməyə hazır olmadığını göstərir. "İrəvan idmançılarımızın təhlükəsizliyinə təminat verə bilmədiyi üçün Azərbaycan nümayəndə heyəti yarışa qatılmayacaq və vətənə dönəcəyi gözlənilir. Ermənistan idmançılarımızın sağ-salamat qayıtmasını təmin etməlidir, lakin indi onlar mediaya çıxışı olmayan mehmanxanaya salınıblar",- yazan F.Qəribov beynəlxalq ictimaiyyəti və beynəlxalq idman qurumlarını bu vəhşi hərəkəti kəskin şəkildə pisləməyə çağırır.

Nazir, həmçinin Avropa Ağır Atletika Federasiyasını Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırır: "Hesab edirik ki, bu hadisə Ermənistanın beynəlxalq idman yarışlarını keçirmək və idmançıların təhlükəsizliyini təmin etmək iqtidarında olmadığını göstərir".

Son xəbərlər