“Azpetrol” şirkətinin rəhbərliyi və əməkdaşları Heydər Əliyev Mərkəzində olublar

post-img

“Azpetrol” şirkətinin rəhbərliyi və əməkdaşları Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” sərəncamının icrası çərçivəsində Heydər Əliyev Mərkəzində olublar.

Şirkətin baş direktoru Ceyhun Məm­mədovun rəhbərliyi ilə əməkdaşlar Hey­dər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş ekspozisi­yalarla tanış olublar. “Azpetrol” kollekti­vinə dünya memarlığının nadir incilərin­dən sayılan və Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində açılmış Heydər Əli­yev Mərkəzinin dizaynı, eləcə də əsas fəaliyyət istiqamətləri haqqında məlumat verilib. 

Qeyd olunub ki, mərkəz Azərbaycan xalqının ümummilli liderinin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsi­nin öyrənilməsi, Heydər Əliyev irsinin təd-qiqi və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyya­tın inkişaf etdirilməsinə xidmət edən la­yihələrin həyata keçirilməsi, Azərbaycan tarixi və mədəniyyətinin, Azərbaycan di­linin və digər milli-mənəvi sərvətlərimizin beynəlxalq aləmdə tanıdılması və təbliği, eləcə də dünya mədəniyyətinin, müxtəlif sivilizasiya nümunələrinin ölkəmizdə ta­nıdılması, yerli, regional və beynəlxalq konfrans, simpozium və digər tədbirlərin keçirilməsi istiqamətində fəaliyyət göstə­rir. 

Heydər Əliyev irsinin araşdırılması, təbliği və fondlarda qorunması istiqamə­tində fəaliyyət göstərən mərkəzin ən çox maraq doğuran bölümü isə Heydər Əli­yev muzeyidir. Muzey Azərbaycan tarixi­nin və ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dönəm­lərini əks etdirir. Burada toplanan məlu­matlar ziyarətçilərə interaktiv formada çatdırılır. Üç mərtəbədən ibarət muzeydə ümummilli lider Heydər Əliyevə aid ma­raqlı faktlar, foto və video materiallar və digər ünikal eksponatlar təqdim olunur.

 

Q.QASIMOV,

“Xalq qəzeti”

Son xəbərlər