TÜRKSOY-un toplantısı Şuşada başa çatdı

post-img

Aprelin 8-də Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa şəhərində Azərbaycan Respublikası Prezidenti yanında UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədrliyi çərçivəsində sözügedən Milli Komissiyanın Daimi Katibliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə milli komissiyalarının 9-cu iclasının bağlanış mərasimi keçirilib.

Bağlanış mərasimində TÜRKSOY-un üzv ölkələri­ni, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmə­nistan və Özbəkistan, eləcə də Beynəlxalq Türk Aka­demiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Türkdilli Ölkələrin Parlament Assambleyası, Macarıstan və Monqolustanı təmsil edən 35 iştirakçıya sertifikat və hədiy­yələr təqdim olunub.

Bağlanış mərasimindən sonra xarici qonaqlar Şuşa şəhəri ilə tanış olublar. Səfər “Qarabağ” muğam qrupunun təqdim etdiyi konsert proqra­mı ilə sona çatıb. 

“Xalq qəzeti”

Son xəbərlər