Soro N’Qolo Abudu: Azərbaycan xalqının göstərdiyi vətənpərvərlik bizi təsirləndirib

post-img

Biz Şuşaya gələndə yolboyu gördük ki, 30 il ərzində buranı işğal altında saxlayan tərəf həqiqətən bu əraziləri böyük dağıntılara məruz qoyub.

Bunu Şuşada AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında UNESCO üzrə Kot-d'İvuar Respublikasının Milli Komissiyasının Baş katibi Soro N’Qolo Abudu deyib.

“Burada bərpa işlərinin aparıldığını görürük. Bu torpaqlar uğrunda şəhidlik zirvəsinə yüksələnlərin vətənpərvərliyini hiss etməmək mümkün deyil. Otuz il işğal altında olmuş torpaqların yenidən qurulmasında Azərbaycanın yanındayıq və Azərbaycan xalqının göstərdiyi bu vətənpərvərlik bizi təsirləndirib”, - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa şəhərində TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının bağlanış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu tərəfindən ölkəmizdə sayca ikinci dəfə təşkil edilən təlim proqramının iştirakçısı olan Benin, Niger, Toqo, Burkina Faso, Qvineya, Qabon, Cibuti, Kot-d'İvuar və Ekvatorial Qvineyanın UNESCO üzrə Milli Komissiyalarının Baş katibləri qonaq qismində iştirak ediblər.

Son xəbərlər