Sülhməramlılara məxsus yanacaq daşıyan avtomobillərinin aksiya ərazisindən keçidi təmin edilib

post-img

Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 118-ci günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.

AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus 10 yanacaq daşıyan avtomobilin Laçından Xankəndi istiqamətinə sərbəst hərəkətinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir.

Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Son xəbərlər