BMT ilə əməkdaşlıq genişlənir

post-img

Səhiyyə Nazirliyində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Nuno Keyrosla görüş keçirilib. Nazir Teymur Musayev Azərbaycanın BMT-nin müxtəlif qurumları ilə səmərəli əməkdaşlıq etdiyini vurğulayıb. Bildirib ki, “2021–2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” ikitərəfli əməkdaşlığın strateji istiqamətlərini müəyyən edir. Nazir sayca beşinci olan çərçivə sənədinin icrası nəticəsində BMT ilə Azərbaycan arasında əlaqələrin tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb.

Azərbaycanla BMT-nin İnkişaf Proqramı (BMT İP) arasında səhiy­yə sahəsində səmərəli əməkdaşlığın olduğunu diqqətə çatdıran T.Musa­yev bildirib ki, ölkəmizdə universal tibbi təminatın təşkili və milli səhiyyə sisteminin pandemiya və kəskin xəstəliklərə qarşı dayanıqlığının artırıl­ması əməkdaşlığımızın əsas istiqamətlərindən biridir. Azərbaycanın BMT-nin İnkişaf Proqra­mı ilə uğurlu tərəfdaşlığı çərçivəsində hə­yata keçirilən layihələr Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün mühüm əhəmiyyət kəsb edir. 

Nuno Keyros gələcəkdə əməkdaşlı­ğın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib. Bildirib ki, son illər Azərbaycanda səhiyyə sisteminin gücləndirilməsi məqsədilə islahatların aparılması və tibbi xidmətlərlə hərtərəf­li əhatəsinə nail olunması istiqamətində mühüm işlər görülüb. O, həmçinin Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərdə tibb müəsissələrinin yaradılma­sında BMT İP-nin köməyini əsirgəməyə­cəyini vurğulayıb.

Görüşdə yeni birgə layihələrin həyata keçirilməsi (səhiyyə informasiya sistem­lərinin təkmilləşdirilməsi; ilkin səhiyyə xidmətlərinin gücləndirilməsinə dəstək; yoluxucu xəstəliklərlə mübarizə sahəsin­də əməkdaşlıq) və maraq doğuran digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

“Elektron xəstəlik vərəqəsi”nə keçid

Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi tərəfindən “Elektron xəstəlik vərəqəsi” (e-bülleten) informasiya sistemi hazırlanıb. Layihə Əmək və Əhalinin So­sial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə birgə əmək qabiliyyətinin müvəqqəti itirilməsi haqqında vərəqələrə dair məlumatların vahid elektron reyestrdə birləşdirilməsi, kağız daşıyıcıların saxlanması və emalı ilə bağlı böyük işdən uzaqlaşması, o cüm­lədən sığortaçıların xərclərinin azaldılma­sı və dövlət büdcəsinin yükünə qənaət edilməsi məqsədilə həyata keçirilir.

Bu təşəbbüsə əsasən, tibb müəs­sisəsi tərəfindən yazılan və müvafiq tibb işçisinin gücləndirilmiş elektron imzası ilə təsdiq edilmiş elektron xəstəlik vərəqəsi müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə müavinətlərin təyini və ödənilmə­si üçün əsas olacaq. İşəgötürənlər üçün e-bülletenin ƏƏSMN-nin informasiya sis­temində, tibb işçiləri üçün isə “e-səhiyyə” portalı və mobil tətbiqində əlçatanlığı tə­min ediləcək.

Xəstəlik vərəqəsinin elektron sənəd şəklində formalaşdırılması müvafiq tibb müəssisələri, ƏƏSMN və işəgötürən­lər arasında məlumat mübadiləsi üçün avtomatlaşdırılmış məlumat mübadiləsi sistemindən istifadə etməklə həyata keçi­riləcək. Proses iştirakçıları arasında qar­şılıqlı informasiya mübadiləsi qaydaları bütün iştirakçılar üçün eyni olacaq və qa­nunvericiliyə uyğun şəkildə hüquqi sənəd formasında təsdiq ediləcək.

“Elektron xəstəlik vərəqəsi” sisteminə keçid sığorta dələduzluğu hallarının mini­muma endirilməsi, analitik hesabatların və tibbi məlumatların etibarlılığının artırıl­ması, bu növ müavinətlər üzrə ödənişlər üçün dövlətin maliyyə xərcləri ilə bağlı proqnozların keyfiyyətinin yüksəldilmə­si, həmçinin xəstəlik vərəqəsinin statusu barədə məlumatların onlayn formatda vətəndaşlar və işəgötürənlər üçün əlça­tanlığını təmin edəcək.

Qeyd edək ki, elektron xəstəlik vərəqəsinin formalaşdırılması şərtləri və qaydaları səhiyyə sahəsində dövlət si­yasətinin və hüquqi tənzimləmənin işlənib hazırlanması və həyata keçirilməsi funksi­yalarını təmin edən Səhiyyə Nazirliyi tərə­findən hazırlanıb və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılıb.

 

Zərifə HÜSEYNOVA, “Xalq qəzeti”

Son xəbərlər