Ağalı kəndinin sakinlərinə maarifləndirici təlim keçirilib

post-img

Dövlət Gömrük Komitəsinin (DGK) Tibbi Xidmət İdarəsinin əməkdaşları tərəfindən Zəngilan rayonunun Ağalı kənd sakinləri üçün Ümumdünya Sağlamlıq Gününə həsr edilmiş "İlan, əqrəb və həşərat dişləmələri və müxtəlif zədələnmələr zamanı ilk yardım" mövzusunda təlim keçirilib.

DGK-dən AZƏRTAC-a bildirilib ki, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi şəxsi ilə birgə təşkil edilən təlimlərdə Tibbi Xidmət İdarəsinin, Mərkəzi Gömrük Hospitalının mütəxəssisləri "İlk yardım-Təməl həyat dəstəyi" mövzusunda təqdimatla çıxış ediblər, nəzəri və praktiki məlumatlar paylaşıblar.

Son xəbərlər