Loqo dəyişikliyi Maska qazanc gətirir

post-img

Məşhur iş adamı İlon Mask “Twitter”in saytındakı loqosunu dəyişərək “Dogecoin” ilə əvəzləyib.

Saytına daxil olduğunuz zaman yuxa­rı sol küncdəki “Dogecoin” loqosunu görə bilərsiniz. Bundan başqa, sözügedən də­yişiklik yalnız internet saytındadır. Mobil tətbiqdə isə heç bir dəyişiklik yoxdur.

Qeyd edək ki, loqonun saytda yerləş­dirilməsi ilə kriptovalyutanın dəyəri artıb. Belə ki, bu müddətdə “Dogecoin”in qiy­məti, təxminən, 25 faiz çoxalıb. Kripto­valyuta yeniləmədən sonra 7,7 sentdən 10,2 sentə yüksəlib və “Doge” etiketi “Twitter”də də populyarlaşıb.

İlon Maskın “Twitter” loqosunun saytda nə vaxt bərpa edəcəyi barədə isə hələlik heç nə məlum deyil.

Aytən NƏCƏFOVA, “Xalq qəzeti”

Son xəbərlər