Media nümayəndələrimizin Daşkənd görüşləri

post-img

Azərbaycan Respublikası Audiovizual Şuranın sədri İsmət Səttarovun rəhbərliyi ilə bir sıra media qurumları rəhbərlərinin daxil olduğu nümayəndə heyəti Özbəkistan Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin baş direktoru Asadjan Xocayevlə görüşüb. 

Danışıqlar zamanı Azərbaycanla Öz­bəkistan arasında bu sahədə əlaqələrin dərinləşdirilməsi, bir sıra layihələrin hə­yata keçirilməsi, ölkələrin aparıcı infor­masiya agentlikləri arasında təcrübə mü­badiləsinin aparılması məsələləri diqqət mərkəzində olub. 

Görüşdə Ermənistan işğalından azad edilən Azərbaycan torpaqlarında aparı­lan quruculuq işləri haqqında da məlumat verilib. 

Nümayəndə heyətinin Özbəkistanın Kinematoqrafiya Agentliyinin baş direk­toru Firdavs Abduhalikovla görüşündə bu sahədə əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Azərbaycan və Özbəkistan kinemotoq­rafiyası sahəsində əməkdaşlıq, bu is­tiqamətdə birgə layihənin reallaşdırılma­sı, hər il Özbəkistanda keçirilən ənənəvi “İpək Yolunun incisi” adlı Daşkənd Bey­nəlxalq Kino Festivalında Azərbaycanın təmsil olunması məsələləri müzakirə edilib. 

Görüşdə Azərbaycan filmlərinin Öz­bəkistan, özbək filmlərinin isə Azərbay­canın televiziya kanallarında nümayiş etdirilməsi istiqamətində də razılıq əldə olunub.

Sonra qonaqlar üçün “Özbəkfilm”in pavilyonlarına ekskursiya təşkil olunub. 

 

Qulu KƏNGƏRLİ
Daşkənd

Son xəbərlər