Suriya üzrə dördtərəfli görüş

post-img

Dünən Moskvada Türkiyə, Rusiya, İran və Bəşər Əsəd rejimi XİN başçıları müavinlərinin Suriya üzrə görüşü keçirilib. Görüşü Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıb. Məlumatı “Anadolu” verib. 

Türkiyə nümayəndə heyətinə ölkə­nin XİN başçısının müavini Burak Ak­çapar başçılıq edib. Rusiya tərəfini ölkə Prezidentinin Yaxın Şərq və Afri­ka ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov, İranı XİN başçısının siyasi məsələr üzrə müavini Əli Əsgər Hacı, Əsəd rejimini xarici işlər nazirinin müavini Ayman Susan təmsil edib. 

Ankaradakı diplomatik mənbələr bildiriblər ki, Moskva danışıqları XİN başçılarının dördtərəfli görüşü üçün baza yarada bilər. Görüşdə xarici işlər nazirlərinin görüşü üçün gündəliyi və əməkdaşlıq yollarını müzakirə ediblər. Danışıqlar mətbuat üçün qapalı rejim­də keçirilib. 

Dünən, eyni zamanda, Rusiya XİN-in qəbul otağında Rusiya, Türkiyə və İran nümayəndə heyətləri arasında da­nışıqlar aparılıb. 

“Xalq qəzeti”

Son xəbərlər