Rusiya sanksiyalara davam gətirir

post-img

Qərbin sanksiya təşəbbüskarları Rusiya ilə ticarət və loqistika əlaqələrini qırdılar, ancaq Moskva iqtisadi sektorun dayanıqlığını təmin etməyi bacardı. Belə bir bəyanatla RF Prezidenti Vladimir Putin sanksiyalar şəraitində sənayenin inkişafı ilə bağlı iclasında bəyan edib. Məlumatı TASS verib.

İqtisadi sektordakı sabitliyə toxunan Putin qeyd edib ki, Rusiya bütün səyləri və ehtiyatları Qərb ölkələrinin yaratdığı blokadanın aradan qaldırılmasına yönəl­də bilib. Bir çox sahələrin yenidən qurul­ması xarici məhsulların yerli məhsullarla əvəzlənməsinə kömək edib. 

Dövlət başçısı deyib: “Aktiv şəkildə idxal avadanlıqlarının dəyişdirilməsinə və proqramla təminata vəsait qoyduq, yeni güzəştli və layihəli maliyyələşmə mexa­nizmləri təbiq etdik”.

Prezident 2014-cü ildə embarqoya qarşı tədbirlər görüldüyünü və bunun doğru strategiya olduğunu xatırladıb. O, kənd təsərrüfatı məhsullarının idxalı­nı azaltmaqla bağlı siyasətə toxunaraq qeyd edib ki, Rusiyanın öz məhsulla­rı azad olmuş böyük bazara daxil olub: “Bunların keyfiyyəti isə Qərbin istənilən məhsulundan yaxşıdır”. 

“Xalq qəzeti”

Son xəbərlər