Ukrayna əks-hücuma hazırlaşır

post-img

Ukrayna ordusu əks-hücuma hazırlaşır. Belə bir bəyanatla ölkənin müdafiə naziri Aleksey Reznikov çıxış edib və müttəfiq ölkələri Kiyevi hərbi cəhətdən dəstəkləməyə çağırıb. Məlumatı “Kommersant” yayıb. 

Reznikov Avropa İttifaqının nü­mayəndələri ilə görüşdə tərəfdaşlara minnətdarlığını bildirib: “Ukrayna or­dusu Qərbin silahları hesabına döyüş meydanında uğur qazanır. Ancaq biz əks-hücuma hazırlaşırıq və Ukrayna­ya ağır texnika və hazırlıqlı ehtiyat qüvvələr lazımdır”. 

Dünən Macarıstanın Baş naziri Viktor Orban da bəyan edib ki, Av­ropa İttifaqı ölkələri Ukraynaya “sül­hməramlı tipli qoşun” göndərmək məsələsini müzakirə etməyə yaxın­dır. Orbanın sözlərinə görə, əvvəllər bu cür müzakirələr olmayıb. 

Bununla bağlı jurnalistlər RF Prezidentinin mətbuat katibi Dmitri Peskova sual veriblər. Peskov deyib: “Əgər artıq hansısa ciddi danışıqlar haqda söhbət gedirsə, bu, fövqəladə dərəcədə təhlükəli müzakirədir”. 

P.BABAKƏRLİ, “Xalq qəzeti”

Son xəbərlər