Sabahdan – martın 23-dən Ramazan ayı başlayır. Ramazan ayı İslam aləmində on bir ayın sultanı olaraq adlanır. Bunun səbəbi Ramazan ayında müsəlmanlar üçün iki mühüm dini hadisənin baş verməsidir. Həmin hadisələrdən biri İslam dininin müqəddəs kitabı “Qurani-Kərim”in Həzrəti Peyğəmbərimizə (s.a.v.) Ramazan ayının gecələrinin birində nazil olmağa başlamasıdır ki, həmin gecə “Qədr” və ya “Əhyə” gecələridir, digəri isə müsəlman təqvimi ilə hicirinin 2-ci ilində (miladi təqvimi ilə 623-cü il) İslamın ibadətlərindən biri olan Orucun Allah-təala tərəfindən bütün müsəlmanlar üçün fərz buyurulmasıdır. Oruc ibadətinin Ramazan ayında fərz buyurulması səbəbilə bu ibadətin adı “Ramazan orucu” olaraq adlandırılır.
Qafqaz Müsəlmanları İdarəsinin hazırladığı Ramazan ayının xüsusi təqvimi Bakı və Abşeron şəri vaxt ölçüsünə uyğun tərtib edilib.
Digər bölgələr Ramazan ayının təqvimini ənənəvi namaz vaxtları ilə tənzimləyə bilərlər.
Ramazan ayı martın 23-də başlayacaq. Təqvimə görə, aprelin 21, 22-si Azərbaycanda Ramazan bayramı qeyd ediləcək.
Qədr (Əhya) gecələrinə gəlincə, bu, aprelin 9-u, 11-i, 13-ü və 17-nə təsadüf edəcək.
Təqvimdə Ramazan ayının gündəlik duaları da yer alıb.
Ramazan ayının təqvimini və dualarını təqdim edirik: