Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və xalqımızı təbrik edib.
AZƏRTAC xəbər verir ki, Pakistan Prezidenti bununla bağlı rəsmi tviter hesabında paylaşım edib. Paylaşımda qeyd olunub: “Pakistan xalqı adından və şəxsən öz adımdan Azərbaycan Respublikasının Prezidenti qardaş İlham Əliyevi və Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edirəm. Uca Allahdan sülh və firavanlıq diləyirəm”.