“Modernləşmə yolu: siyasi partiyaların məsuliyyəti”

post-img

Martın 15-də Çin Kommunist Partiyasının (ÇKP) təşəbbüsü ilə “Modernləşmə yolu: siyasi partiyaların məsuliyyəti” mövzusunda ÇKP və dünya siyasi partiyalarının onlayn formatda yüksək səviyyəli dialoqu keçirilib.

Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətindən verilən məlumata görə, YAP Sədrinin müavini - Mərkəzi Apa­ratın rəhbəri Tahir Budaqov, partiyanın İdarə Heyəti və Təftiş Komissiyasının Milli Məclisin Azərbaycan-Çin parlamentlər-arası əlaqələr üzrə işçi qrupunda təmsil olunan üzvləri və Mərkəzi Aparatın məsul əməkdaşları tədbirdə iştirak ediblər.

ÇKP-nin XX Qurultayından sonra dünya siyasi partiyala­rı ilə ilk dəfə təşkil olunan dialoqda Çin Xalq Respublikası­nın Sədri, Çin Kommunist Partiyasının Baş katibi Si Cinpin çıxışında hər ölkənin öz milli xüsusiyyətlərinə və maraqları­na uyğun modernləşmə yolu seçməsinə dəstək ifadə edib, beynəlxalq münasibətlərdə hegemonluq və diqtə siyasətini qəbuledilməz adlandırıb, müxtəlif ölkələrin siyasi partiyala­rının yeni çağırışlar mühitinə uyğun dünyanın qurulmasında rolunun artırılmasına çağırış edib.

Tədbirdə gələcək inkişaf üçün yeni ideya, konsepsiya və strategiyanın təqdim edilməsi, müxtəlif ölkələrin siyasi parti­yalarının iştirakı ilə daha sağlam və təhlükəsiz dünyanın qu­rulması məsələlərinə dair fikir mübadiləsi aparılıb.

 

“Xalq qəzeti”

Son xəbərlər