Əlaqələndirmə Qərargahının növbəti iclası

post-img

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası giriş sözü ilə açan Qərargah rəhbəri Azər­baycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş strateji xəttə uyğun olaraq, 2023-cü ilin Böyük Qayıdışın sürətli inkişaf mərhələsi ola­cağını, yaşayış məntəqələrinin tikinti­si və bərpası işinin əməli müstəvidə sürətlənəcəyini və miqyasının artacağı­nı diqqətə çatdırıb. İşğaldan azad edil­miş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərində vaxt amilinə diqqəti yönəldən Samir Nuriyev operativliklə yanaşı, keyfiyyət və dayanıqlılığın da paralel olaraq təmin edilməsinin döv­lətimizin başçısı tərəfindən qarşıya qoyulmuş vəzifə olduğunu deyib. Qə­rargah rəhbəri, həmçinin işğaldan azad edilmiş ərazilərdə 2023-cü il ərzində görülməsi nəzərdə tutulan işlərlə bağlı bir sıra prioritet istiqamətlərə toxunub.

Sonra iclasın gündəliyinə uyğun olaraq, işğaldan azad edilmiş ərazilər­də su ehtiyatlarından səmərəli istifadə və bərk məişət tullantılarının idarə edil­məsi sahəsində görülən işlər, torpaq islahatlarına hazırlıq, Böyük Qayıdış çərçivəsində əhalinin dayanıqlı məşğul­luğunun təmin edilməsi və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Döv­lət Proqramı” çərçivəsində ərazilərdə görülən işlərin cari vəziyyəti ilə bağ­lı məruzələr dinlənilib. Ərazilərə geri qayıdan əhalinin dayanıqlı məşğulluq imkanlarının təmin edilməsi məqsədilə zəruri institusional, hüquqi və dəstək mexanizmlərinin yaradılması ilə bağlı vəzifələr müəyyən olunub.

Torpaq islahatları ilə bağlı təkliflərin hazırlanması zamanı torpaqların böl­güsündə ədalət prinsipinin təmin olun­ması, ərazilərə qayıdan əhalinin tor­paqlardan səmərəli istifadəsinin təmin edilməsi və nəticə etibarilə ərazilərdə iqtisadi artım, məşğulluq və dayanıqlı gəlir mənbələrinin formalaşdırılmasının əhəmiyyəti vurğulanıb. Laçın şəhərinin, Zabux, Sus və Talış kəndlərinin yeni­dən qurulması və bərpası istiqamətində görülən işlər barədə məruzələr təqdim edilib.

Azərbaycan Respublikası Preziden­tinin xüsusi nümayəndələri iclasın gün­dəliyində dayanan məsələlərin yerlərdə əlaqələndirilməsi və müvafiq ərazilər üzrə görülən işlərin cari vəziyyəti barə­də məlumat veriblər.

İclasın sonunda Azərbaycan Res­publikasının Prezidenti tərəfindən qarşıya qoyulan vəzifələrin yerinə ye­tirilməsi istiqamətində zəruri tədbirlər müəyyən edilib və müvafiq tapşırıqlar verilib.

Son xəbərlər