Baş prokuror İsmayıllı rayonunda vətəndaşlarla görüşüb

post-img

Martın 15-i Baş prokuror Kamran Əliyev İsmayıllı rayon prokurorluğunun inzibati binasında İsmayıllı, Qobustan, Şamaxı, Qəbələ, Oğuz, həmçinin digər rayonlardan olan vətəndaşlarla görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib.

Görüşdə iştirak edən 41 vətəndaşın müraciətində qaldırdıqları məsələlərin, o cümlədən cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi ilə bağlı, mülki xarakterli mübahisələrlə əlaqədar və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün Kamran Əliyev müvafiq göstərişlər verib.

Sonra Baş prokuror əməkdaşlarla görüşlər keçirməklə onlara tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqlarını diqqətə çatdırıb.

PROKUROR-3.jfif

Son xəbərlər