Hamımız məlumatlarımızı və arxivlərimizi etibarlı şəkildə saxlamaq istəyirik, lakin həm HDD-lər (sərt disklər), həm də ənənəvi “Blu-ray” diskləri (optik daşıyıcılar) uzun illər qorumaq üçün yararlı olmur. Xarici yaddaş disklərinin əksəriyyəti bir neçə onilliklər ərzində işləmək üçün nəzərdə tutulub. Ancaq “Pioneer” şirkəti bu ehtiyacı ödəyəcək yeni “Blu-ray” disklərini təqdim edib. Xəbəri “bbc.com” saytı verib.
Şirkətin uzunmüddətli hazırladığı xarici yaddaş qurğusu olan yeni “Blu-ray” disklərinin məlumatları 100 il etibarlı, təhlükəsiz şəkildə saxlamağına zəmanət verilir. Məhsulun ən mühüm xüsusiyyəti odur ki, o, “JIS X 6257” standartına (optik disklərin keyfiyyət standartı) uyğun gəlir. Bu proqram yalnız sertifikatlaşdırılmış texnikadan istifadə edərək məlumatları yazmır, həm də faylları şifrələyir və saxlama keyfiyyətini yoxlayır.
Qeyd edək ki, yeni disklərin qiyməti təxminən 400 dollardır. Bu qiymətlər fərdi istifadəçi üçün yüksək olsa da, uzunmüddətli məlumatları saxlamaq istəyən dövlət qurumları və şirkətlər üçün münasibdir. Yeni “Blu-ray” disklərinin böyük uğur qazanmasına baxmayaraq, 100 il sonra kiminsə optik disklər və onlara qoşula bilən fərdi kompüterlər istehsal edib-etməyəcəyi sual altındadır.
Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”

