Martın 15-16-da Moskvada Türkiyə, Rusiya, İran və Suriya rejimi xarici işlər nazirlərinin müavinləri səviyyəsində Suriya nizamlaması üzrə beynəlxalq görüş keçiriləcək. Məlumatı Türkiyənin “Anadolu” agentliyi yayıb.
Diplomatik mənbələrdən verilən məlumata görə, Türkiyə nümayəndə heyətinə XİN başçısının müavini Burak Akçapar rəhbərlik edəcək. Danışıqlarda Rusiyanı RF Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, XİN başçısının müavini Mixail Boqdanov, İranı isə XİN-in siyasi məsələlər üzrə müşaviri Əli Əsgər Hacı təmsil edəcək.
Suriya tərəfindən görüşdə ölkənin xarici işlər nazirinin müavini Ayman Susanın iştirak edəcəyi gözlənilir.
Paşa ƏMİRCANOV, “Xalq qəzeti”