Oskar mükafatları təqdim olunub

post-img

Dünən 95-ci “Oskar” mükafatlarının təqdimetmə mərasi­mi keçirilib. “İlin ən yaxşı filmi” nominasiyası üzrə “Hər şey hər yerdə və dərhal” filmi seçilib. 

Mişel Yeo bu filmdəki ro­luna görə “Ən yaxşı aktrisa” nominasiyası üzrə “Oskar” mükafatını qazanıb. “Kit” (“The Whale”) filmindəki roluna görə Brendan Freyzer “İlin ən yaxşı aktyoru” seçilib. 

“Ən yaxşı rejissor” nomina­siyasına Dan Kvan və Daniel Şeynert layiq görülüblər. Ke Huy Quan və Jamie Lee Curtis “Ən yaxşı köməkçi aktyor” no­minasiyasının qalibləri olublar. 

Kanadalı rejissor Daniel Roerin “Navalnı” filmi “Ən yax­şı sənədli film” nominasiyasın­da mükafata layiq görülüb. Ən yaxşı cizgi filmi “Pinokkio Gil­yermo del Toro” seçilib. 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Son xəbərlər