Dünən Ukraynada hərbi vəziyyət gərgin olub. Günorta saatlarında vilayətlərin əksəriyyətində Rusiya aviasiyasının aktivliyi ilə bağlı hava həyəcanı elan olunub. RBK-Ukraynanın verdiyi məlumata görə, Xarkov ətrafındakı Engels aerodromundan qalxmış Rusiya bombardmançı təyyarələrindən qanadlı raketlər buraxılıb.
Ukrayna Quru Qoşunlarının komandanı, general-polkov-nik Aleksandr Sırski Baxmutda vəziyyətin ağır olduğunu bildirib. Onun sözlərinə görə, Rusiyanın “Vaqner” qrupu müdafiəni yarıb şəhərin mərkəzinə girməyə çalışır.
Dünən həm də Çin lideri Si Cinpinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə onlayn görüş keçirəcəyi barədə məlumat yayılıb. “The Wall Street Journal” bildirib ki, gələn həftə ÇXR sədrinin Moskvaya səfəri və Prezident Vladimir Pitinlə görüşü nəzərdə tutulur. Bundan sonra o, Zelenski ilə danışacaq.
Paşa ƏMİRCANOV, “Xalq qəzeti”