Türkiyə: zəlzələdə 6,6 min xarici həlak olub

post-img

Türkiyədə episentri Kahramanmaraşda olan dağıdıcı zəl­zələ nəticəsində həlak olanların sayı 48 448 nəfərə çatıb. Bu barədə dünən Malatyada mətbuat konfransı keçirən Türkiyə­nin daxili işlər naziri Süleyman Soylu bəyan edib. 

Onun sözlərinə görə, ölən­lərdən 6 600 nəfəri xaricilər və onların əsas hissəsi isə suriya­lılardır. 1615 nəfərin şəxsiyyəti müəyyənləşdirilir. 

Qeyd edək ki, Türkiyədə zəlzələr davam edir. Dünən Hatay vilayətində 4,4 maqnitu­dalı zəlzələ baş verib. Təkan­lar səhər saat 05.23-də qeydə alınıb. Zəlzələnin ocağı 11,52 kilometr dərinlikdə olub. 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Son xəbərlər