YAP heyəti qardaş Türkiyədə

post-img

Türkiyə Cümhuriyyətinin Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Sədri Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətini partiyasının mərkəzi qərargahında qəbul edib.

Nümayəndə heyətini salamlayan Rəcəb Tayyib Ərdoğan iki qardaş ölkə arasındakı münasibətlərin nümunəvi xarakter daşıdığını və uğurla inkişaf et­diyini söyləyib.

O, Yeni Azərbaycan Partiyasının nü­mayəndə heyətinin Türkiyəyə səfərinin mühüm mənəvi və siyasi əhəmiyyətə malik olduğunu, dostluq və qardaşlıq örnəyi kimi minnətdarlıq doğurduğunu bildirib.

Rəcəb Tayyib Ərdoğan baş ver­miş təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində göstərdiyi qardaş dəstəyinə görə Azərbaycan dövlətinə və Prezident İlham Əliyevə təşəkkürünü bildirib. 

Səmimi qəbula görə minnətdarlığını bildirən YAP Sədrinin müavini – Mərkə­zi Aparatın rəhbəri Tahir Budaqov tarixi köklərə və ortaq dəyərlərə əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin hər iki ölkənin liderlərinin məqsədyönlü siyasəti nəticəsində strateji müttəfiqlik zirvəsinə yüksəldiyini söyləyib.

Azərbaycan ilə Türkiyənin hər za­man bir-birinin yanında olduğunu vur­ğulayan YAP Sədrinin müavini qardaş ölkənin zəlzələnin yaratdığı ağır fə­sadları tezliklə aradan qaldıracağına əminliyini ifadə edib. İki ölkənin ha­kim partiyaları arasında münasibətlə­rin yüksələn xətt üzrə inkişaf etdiyini diqqətə çatdıran YAP Sədrinin müavini qarşıdan gələn seçkilərdə Rəcəb Tay­yib Ərdoğana rəhbərlik etdiyi nümayən­də heyəti adından uğurlar arzulayıb.

***

Azərbaycanlı qonaqlar səfər çər­çivəsində AK Parti Sədrinin xarici əlaqələr üzrə müavini, Bursa millət vəkili Efkan Ala ilə də görüşüblər. 

Qeyd edək ki, YAP Sədrinin müa­vini-Mərkəzi Aparatın rəhbəri Tahir Bu­daqovun rəhbərlik etdiyi nümayəndə heyətində Milli Məclisin deputatı, Azər­baycan-Türkiyə dostluq qrupunun üzvü Ramil Həsən, YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiy­yətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov və Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin aparıcı məsləhətçisi Taleh Həsənzadə təmsil olunurlar.

 

“Xalq qəzeti”

Son xəbərlər