DTX: Yanlış məlumat yayan şəxs saxlanılıb

post-img

Sosial şəbəkələrdə Bakı Metropolitenində terror aktının törədiləcəyi ilə bağlı yayılmış və vətəndaşlar arasında ciddi narahatlığa səbəb olmuş səs yazısı barədə dərhal Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən bildirilib ki, faktla bağlı başlanılmış cinayət işi üzrə aparılan ibtidai araşdırma zamanı müvafiq səs yazısının Azərbaycan Respublikasının vətən­daşı, 2001-ci il təvəllüdlü Butayev Fərid Fərhad oğluna məxsus ol­duğu və sözügedən materialın həmin şəxs tərəfindən vatsap tətbiqi vasitəsilə paylaşıldığı müəyyən edilib.

Fərid Butayev saxlanılaraq Azərbaycan Respublikası Cinayət Mə­cəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.

Əhali arasında vahimə yaratmaq məqsədi güdən analoji əməl­lərin qanunla müəyyən olunmuş qaydada ciddi hüquqi məsuliyyət yaratdığı barədə bir daha xəbərdarlıq edilir.

 

“Xalq qəzeti”

Son xəbərlər