Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti martın 10-da Bəhreyn Krallığının paytaxtı Manama şəhərinə işgüzar səfər edib.
Səfər çərçivəsində Milli Məclisin Sədri Sahibə Qafarova Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin İkinci Konfransında və Parlamentlərarası İttifaqın 146-cı Assambleyasında iştirak edəcək, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, digər rəsmi şəxslərlə görüşlər keçirəcək. Həmçinin Azərbaycan Milli Məclisinin Sədrinin Parlamentlərarası İttifaqın 146-cı Assambleyasında çıxışı gözlənilir.
“Xalq qəzeti”

