Naxçıvan Prokurorluğunda əməliyyat müşavirəsi

post-img

Dünən Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Baş prokurorun birinci müavini Elçin Məmmədovun rəhbərliyi ilə muxtar respublika, Naxçıvan şəhər və digər tabe rayon prokurorluqların əməkdaşlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilib.


Elçin Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən məhkəmə və hüquq sistemində aparılmış islahatları, işğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma prosesləri ilə əlaqədar çoxsaylı infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı ətraflı məlumat verib.
Sonra Naxçıvanda cinayətkarlığın dinamikasına, cinayət mühakimə icraatında insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş işlərin vəziyyətinə toxunulmaqla əldə olunan uğurlar, habelə xidməti fəaliyyət zamanı yol verilmiş nöqsanlar müzakirə edilib.
Daha sonra Baş Prokurorluğun idarə rəisləri Tural Aslanov, Natiq Hüseynov, Natiq Abdullayev, Mahir Abbasov və Muxtar Respublika prokurorunun müavini Sənan Paşayev prokurorluğun müvafiq fəaliyyət sahələri üzrə görülmüş işlər barədə məruzələrlə çıxış ediblər.

Son xəbərlər