Gənclər və İdman Nazirliyinin dəstəyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə ənənəvi olaraq hər il keçirilən “Bakı Gənclər Debat Forumu” layihəsi bu il ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunub.
Debat forumunun məqsədi gənclər arasında “Heydər Əliyev İli”nin təbliğ olunması, natiqlik mədəniyyətinin inkişaf etdirilməsi vasitəsilə onların qərar vermə proseslərində, ictimai aktuallıq kəsb edən məsələlərdə, dövlət gənclər siyasətinin həyata keçirilməsində iştirakını təmin etməkdir.
Bakı Ali Neft Məktəbində aprel-may aylarında təşkil olunacaq forum 500-dən çox gənci əhatə edəcək.
AZƏRTAC