Füzulidə mindən çox çinar və Eldar şamı əkilib

post-img

Füzuli rayonunda ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib.

Aksiyada şəhid ailələri və qazilər, inzibati ərazi dairələri üzrə icra nümayəndəlikləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Aksiya rayonun Əhmədbəyli, Kürdmahmudlu, Alıxanlı, Kərimbəyli, Arayatılı, Əhmədalılar kəndlərini əhatə edib. Ümumilikdə ağacəkmə aksiyası zamanı 920 ədəd çinar, 200 ədəd Eldar şamı əkilib.

Yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib.

Son xəbərlər