Azərbaycan, Gürcüstan və Türkiyə parlamentlərinin Tbilisi görüşü

post-img

Martın 6-da Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə parlamentlərinin Xarici əlaqələr komitələrinin 8-ci görüşü baş tutub. Görüşdə ötən il Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən 7-ci iclasdan sonra görülən işlər, qarşıda duran vəzifələr müzakirə olunub. 

Gürcüstan parlamentinin komitə sədri Nikoloz Samxaradze dünyada cərəyan edən proseslər, regionda təh­lükəsizlik məsələləri, eləcə də, Bakı–Tbilisi–Ceyhan neft, Bakı–Tbilisi–Ərzu­rum qaz kəmərləri, Bakı–Tbilisi–Qars dəmir yolu layihələrinin əhəmiyyəti barədə ətraflı məlumat verib. Azərbay­can, Gürcüstan və Türkiyə arasında üç­tərəfli əməkdaşlığın genişlənməsində və daha da möhkəmlənməsində parla­mentlərin rolunu qeyd edib.

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi­nin sədri Səməd Seyidov çıxış edərək keçən il Şuşada keçirilən 7-ci iclasın əhəmiyyətini bir daha qeyd edib. Bildi­rib ki, 7-ci iclasdan keçən bir il ərzində Şuşada, eləcə də Azərbaycanın işğal­dan azad olunmuş digər ərazilərində çox böyük quruculuq və bərpa işləri hə­yata keçirilib. Lakin hər zaman pozucu­luq fəaliyyəti ilə məşğul olan Ermənis­tan yenə də öz məkrli siyasətindən əl çəkmir. Buna baxmayaraq, Azərbaycan regionda sülhün bərqərar olması və davamlı inkişafa çatmaq üçün səylərini davam etdirir. 

Türkiyə Böyük Millət Məclisinin ko­mitə sədri Akif Çağatay Kılıç regionda və bölgədə baş verən proseslərdən da­nışıb, parlament əməkdaşlığının rolunu diqqətə çatdırıb.

Müzakirələr zamanı üç ölkə arasın­da əməkdaşlığın, strateji tərəfdaşlıq münasibətlərinin inkişafının regionda sülhün və təhlükəsizliyin bərqərar ol­masına xidmət edəcəyi xüsusi vurğu­lanıb.

 

“Xalq qəzeti”

Son xəbərlər