FHN-in Türkiyədə olan çevik xilasetmə qüvvələrinin bir hissəsi ölkəmizə qayıdıb

post-img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkədə olan Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələrinin bir hissəsi bu gün təyyarə ilə ölkəmizə qayıdıb.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda xilasediciləri Türkiyənin ölkəmizdəki səfiri Cahid Bağçı və səfirliyin əməkdaşları, media və ictimaiyyət nümayəndələri qarşılayıblar.

Səfir Cahid Bağçı Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin zəlzələ bölgəsindəki fəaliyyətinin yüksək qiymətləndirildiyini bildirib, göstərilən dəstəyə görə Azərbaycan dövləti və xalqına təşəkkür edib.









Son xəbərlər