“Azəristiliktəchizat”ın rəhbərliyi Naftalanda vətəndaşları qəbul edəcək

post-img

“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev martın 30-u saat 10:00-da Naftalan şəhərində Naftalan, Goranboy və Xocalı sakinləri üçün vətəndaş qəbulu keçirəcək.

ASC-dən AZƏRTAC-a bildirilib ki, qəbul Naftalan şəhəri, Şıxəli Qurbanov 77 ünvanında yerləşən Heydər Əliyev Mərkəzində təşkil olunacaq. Qəbulda istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcək.

Sosial həyat