YAP nümayəndələri soyqırım abidəsini ziyarət ediblər

post-img

Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar fevralın 26-da Yeni Azərbaycan Partiyasının nümayəndələri faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət ediblər.

Partiya nümayəndələri Xocalı soyqırımı abidəsinin önünə gül dəstələ­ri qoyub, bəşəriyyətə qarşı dəhşətli ci­nayət olan soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad ediblər.

 

“Xalq qəzeti”

Son xəbərlər