“Azərsu” Kürdəmirdə qəbul keçirib

post-img

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini Köçərli Həsənov 22 fevral 2023-cü il tarixində Kürdəmir şəhərində Kürdəmir, Ucar və Zərdab rayonlarından olan vətəndaşları qəbul edib. 

Qəbuldan əvvəl “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov və Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi düzərək ulu öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər. 

Yeni Azərbaycan Partiyası Kürdəmir Rayon Təşkilatı­nın binasında keçirilən qəbulda Kürdəmir, Ucar və Zərdab rayonlarından 33 nəfər iştirak edib. Vətəndaşların müra­ciətləri içməli su təminatı və tullantı sularının axıdılması xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub. Mü­raciətlərin araşdırılaraq zəruri tədbirlərin görülməsi barə­də aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. 

 

“Xalq qəzet”

Son xəbərlər