Baş prokuror Latviyada

post-img

Dünən Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Latviyanın Baş prokuroru Yuris Stukansın dəvəti ilə Riqada işgüzar səfərdə olub.

İkitərəfli keçirilən görüşdə azər­baycanlı həmkarını salamlayan Baş prokuror Yuris Stukans, ölkələrimizin prokurorluq orqanları arasında müna­sibətlərin son illər inkişaf etdiyini məm­nunluq hissi ilə vurğulayıb. 

Kamran Əliyev Azərbaycan və Latviya arasında yüksək strateji tərəf­daşlıq əlaqələri kontekstində prokuror­luqlar arasında əməkdaşlığın müsbət dinamikasını qeyd edib, cinayətkarlığa, o cümlədən, korrupsiyaya və çirkli pul­ların yuyulmasına qarşı mübarizənin və əmlakın bərpası sahəsində birgə səylə­rin bundan sonra da uğurla davam etdi­riləcəyinə əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı təlimlərin təşkil olunması və əlaqələrin inkişaf etdi­rilməsi məqsədilə qurumlar arasında əməkdaşlıq haqqında Anlaşma Memo­randumunun imzalanması müzakirə olunub. Həmçinin konkret cinayət işləri üzrə hüquqi yardım haqqında sorğula­rın icrası ətrafında fikir mübadiləsi apa­rılıb.

Səfər çərçivəsində Baş prokuror Latviyanın Korrupsiyanın Qarşısının Alınması və Korrupsiyaya qarşı Müba­rizə Bürosunun (KNAB) rəhbər heyəti ilə görüşərək korrupsiyanın qarşısının alınması, bu sahədə törədilmiş cinayət­lərin istintaqı, maarifləndirmə və bey­nəlxalq əməkdaşlıq məsələləri müza­kirə olunub.

Görüşlərdə ölkəmizin Latviyadakı fövqəladə və səlahiyyətli səfiri Elnur Sultanov iştirak edib.

Son xəbərlər