Mollasayağı cəzalar

post-img

Zabul Universitetində qəribə hadisə baş verib. Fevralın 9-da 16 tələbə ali məktəbdən qovulub. Səbəbi çox qəribə və anlaşılmazdır. Universitet yeməkxanasında 16 nəfər oğlan və qız birgə yemək yedikdən sonra məlum olub ki, hamısı ali məktəbdən qovulub. 

Ölkənin tələbə birliklərinin şuraları universitetdən çıxarılanların adlarını elan edib. Aktyorluq fakultəsindən Müjdə Səadəti, fizika fakültəsindən Sara Cahanpələng, inşaat fakültəsindən  Şəhab Kəmali və digər tələbələr təhsildən uzaqlaşdırılıblar. Bundan əlavə universitetin kənd təsərrüfatı fakültəsinin tələbəsi Siyavuş Fətahi iki semestr təhsildən və yataqxanadan istifadə etmək hüququndan məhrum olunub. 


İran universitetlərindən gələn digər xəbərlərdə daha üç professorun fəaliyyətinin dayandırılması bildirilir. Etiraz aksiyası keçirən tələbələri dəstəklədiklərinə görə vəzifələrindən uzaqlaşdırılanlar Tehran İncəsənət Universitetinin iki professoru Əmir Mazir, Kroş Golnari və Kirmandakı Bahonar Universitetinin siyasi sosiologiya professoru Zəhra Xoşkcandır.


İnsan haqları təşkilatlarının yaydıqları məlumatlara görə, ümumi etirazlar başlayandan sonra indiyə qədər İran universitetlərinin aksiyalarda 700-dən çox tələbə həbs olunub. Öldürülənlər də az deyil.


Hökumət alimlərə də ağır cəzalar verməklə etirazların qarşısını almaq istəyir. 


Hüseyn RƏHİMZADƏ

Son xəbərlər