Prokurorluqda “Açıq qapı günü”

post-img

“Heydər Əliyev İli” ilə əlaqədar dünən Yasamal rayon prokurorluğunda “Açıq qapı” Günü keçirilib.


Tədbirdə Bakı Dövlət və “ADA” universitetlərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik, Milli Aviasiya, Dövlət Gömrük Komitəsi akademiyalarının hüquq fakültələrində təhsil alan tələbələr iştirak ediblər.
Yasamal rayon prokuroru Elman Süleymanov, rayon prokurorunun müavini Rəşadət Orucov, Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov, Bakı şəhər prokurorunun köməkçisi Famil Axundov və rayon prokurorluğunun əməkdaşları “Heydər Əliyev məfkurəsi və müasir dövlət quruculuğu”, “Prokurorluq orqanlarında həyata keçirilən islahatlar”, “İstintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına prokuror nəzarəti”, “Prokurorluq orqanlarında istintaq” və digər mövzularda çıxış edib, sualları cavablandırıblar. 


Q.QƏZƏNFƏR, “Xalq qəzeti”

Son xəbərlər