“Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs

post-img

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərsin məqsədi müəllim və tələbələrin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, təhsil müəssisələrində baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Dərsdə FHN-in Bakı Regional Mərkəzinin, Mülki müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin əməkdaşları, universitetin müəllim və tələbələri iştirak ediblər.

Çıxışlarda mövzunun aktuallığından, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə fəaliyyətlərin təkmilləşdirilməsi istiqamətindən söz açılıb.

Mərkəzin əməkdaşları mülki müdafiənin əsas prinsipləri, fövqəladə hallar və bununla bağlı davranış qaydaları barədə tədbir iştirakçılarına məlumat verib, mövzuya aid fotoslaydlar nümayiş etdiriblər.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.





Son xəbərlər