Rusiyanın Koqalım şəhərində yaşayan Azərbaycan icması Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım göndərib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Tümen vilayətinin Xantı-Mansiysk muxtar dairəsi Yuqrada fəaliyyət göstərən Azərbaycan xalqının “Dostluq” ictimai milli-mədəni təşkilatının sədri Xəyal İsmayılov bildirib ki, zəlzələdən zərərçəkmişlər üçün 5 ton həcmində humanitar yardım toplanıb.
Qadın, kişi və uşaqlar üçün qış geyimləri, yataq dəstləri, çadırlar və gigiyenik vasitələrdən ibarət humanitar yardım Türkiyənin Rusiyadakı səfirliyi vasitəsilə qardaş ölkəyə yola salınıb.