PAŞA Holding və onun törəmə şirkətləri Türkiyəyə dəstək məqsədilə 1 milyon dollar ianə etdi

post-img

Bildiyiniz kimi, bir neçə gün bundan öncə qardaş ölkə Türkiyənin bir neçə şəhərində baş vermiş güclü zəlzələ nəticəsində minlərlə insan həlak olmuş, yaralanmış və evsiz qalmışdır.

Zəlzələ zamanı zərər çəkmiş şəxslərə dəstək məqsədilə PAŞA Holding və onun törəmə şirkətləri Türkiyənin iki önəmli yardım fonduna - Ahbap və Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinə (AFAD) - hərəsinə 500 min dollar olmaqla ümumilikdə 1 milyon dollar ianə edib.

 “Bütün şirkətlər qrupumuz adından həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayırıq” - PAŞA Holding-in baş icraçı direktoru Cəlal Qasımov bildirib.

Son xəbərlər