FHN-in xilasediciləri tərəfindən 44 nəfər dağıntılar altından sağ çıxarılıb

post-img

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 9-u uşaq olmaqla 44 nəfəri sağ, 164 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.









Hadisə