Kolbasa məmulatlarının istehsalı 17 faizdən çox artıb

post-img

Bu ilin yanvar-mart aylarında ölkədə 8326,3 ton kolbasa məmulatları istehsal edilib.

Dövlət Statistika Komitəsindən XQ-yə verilən məlumata əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 17,4 faiz çoxdur.

Aprelin 1-nə hazır məhsul ehtiyatı 20,7 ton təşkil edib.

İqtisadiyyat